- @admin
- 15 May, 2023
- 0 Comments
- 3 Mins Read
Erkən inkişaf
Erkən-inkişaf
- 2.5 yaşdan 4 yaşa qədər uşaqlar üçün nəzərdə tutulub.
- Tədris proqramı peşəkar müəllim heyəti tərəfindən Azərbaycan və Rus bölmələri üzrə keçirilir.
- Bu proqram sizin övladlarınızın yaradıcılıq qabiliyyətini, özlərini idarə etmə bacarğının artmasına və kiçik motorikasının inkişafına təsir göstərəcək.
- Dərs saatları ərzində övladınıza məktəbəqədər hazırlıq proqramının sadələşmiş forması keçirilir.
- Dərslərimiz həftədə 5 gün 3 saat olmaqla balacalar üçün xüsusi hazırlanmış əyləncəli tədris proqramı ilə keçirilir.
- Qruplarımızda həftəsonu əyləncəli gəzintilər və masterclasslar təşkil olunur.
- Mütəmadi olaraq valideynlərə uşaqların dərs prosesi haqqında video çəkilişlər və ümumi məlumat göndərilir.
Tədris müddətində keçirilən dərslər:
- Ana dili və nitqin inkişafı
- Savad təlimi
- Ətraf-aləmlə tanışlıq ( dünyagörüşü, dövlət rəmzlərimiz, nitq etiketləri və s.)
- Diqqət və zəka, məntiqi təfəkkürün inkişafı
- İngilis dilinin ilkin anlayışları
- İlkin hesablama
- Rəsm və estetik bacarıqların inkişafı
- Koordinasiya, manipulyativ və intellektual oyunlar
- Sosiallaşma və emosional inkişaf
- Musiqi
Erkən-inkişaf proqramının üstün cəhəti odur ki, övladınız sinifdə davranış qaydalarını mənimsəmiz olur, məktəbəhazırlıq dövrünə uğurla addımlayır.
Məktəbəqədər hazırlıq 5-6 yaş uşaqlar üçün nəzərdə tutulub.
Bu proqram uşaqlarda ilkin dünyagörüşü, riyazi və məntiqi təfəkkürün, oxu və yazı bacarığının formalaşdırlması ilə yanaşı, gələcəkdə məktəb dərslərinin daha yaxşı mənimsəməyə zəmin hazırlayır.
- Proqramımız Azəbaycan Respublikası Təhsil Nazirliyinin təhsil planına uyğundur.
- Dərslər uşaqların yaş xüsusiyyətlərinə uyğun olaraq müasir təhsil metodlarına əsasən peşəkar və təcrübəli müəllimlər tərəfindən keçirilir.
- Dərslər Azərbaycan və Rus bölmələri üzrə tədris edilir.
- Müəllimlərimiz pedoqoji təhsilli, təcrübəli və bu sahə üzrə müxtəlif təlim və seminarlarda iştirak edib uğur qazanmış kadrlardır.
Tədris müddətində keçirilən dərslər:
- Riyaziyyat və Məntiq
- Diqqət və zəka
- Savad təlimi və nitq inkişafı
- Yazı təlimi
- İngilis dili
- Ətraf-aləmlə tanışlıq
- Rəsm
- İntellektual oyunlar
- Gəzintilər, masterclasslar və tədbirlər
Dərslər həftədə 5 gün 3 saat olmaqla keçirilir.
Üstünlüklərimiz:
- Valideynlərlə mütəmadi əlaqə-hər gün dərs prosesi haqqında video çəkilişlərin və ümumi məlumatın göndərilməsi
- Dərs otağının hər gün xüsusi olaraq dezinfeksiya edilməsi və uşaqlar üçün təmizlik, gigiyenik qaydalarına əməl edilməsi
- Balacalar üçün xüsusi hazırlanmış əyləncəli tədris proqramı
- İndividual yanaşma
Məktəbəqədər hazırlıq proqramımızla övladınız məktəbə tam hazır olacaq!